!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gədəbəydə şok olay: hüquqşünas 6 nəfərin maşınını yandırdı-fotolar

!Reklam – Yazi

gedebey masin (2)Gədəbəy rayonunun Arabaçı və Zamanlı kəndlərdinə 6 ədəd avtomobil yandırılıb.

AzVision.az-ın məlumatına görə, 2 ədəd Niva, 2 ədəd “QAZ 53”, 1 ədəd “UAZ” (Vilis), 1 ədəd “Zil” maşını qəsdən yandırılaraq tam yararsız hala salınıb.

Yollar sel səbəbindən yararsız hala düşdüyündən yanğınsöndürənlər hadisə yerinə gələ bilməyib.

Kəndin bələdiyyə sədri Əlövsət Bayramov AzVision.az-a açıqlamasında faktı təsdiqləyb. Bildirib ki, hadisə səhər saat 5 radələrində baş verib. Bələdiyyə sədrinin sözlərinə görə, hadisəni Fərzalı kənd sakini 25 yaşlı Vəliyev Novruz Kərəm oğlu törədib:

“Hadisəni törədən şəxs ruhi xəstədir. O, maşınları yandırandan sonra gizlənmişdi. Onu səhər saatlarında yaşayış olmayan evdən tapdıq. Atası Novruzu Bakıda yerləşən Ruhi Əsəb Dispanserindən yenicə çıxarmışdı. Bir müddət orada müalicə alıb. Üzünə baxanda onun ruhi xəstə olduğunu bilmək olmur”.

Bələdiyyə sədrinin sözlərinə görə, bir gecədə 6 maşın yandıran şəxs ixtisasca hüquqşünasdır. “Novruz ali təhsillidir. Dövlət universitetinin hüquq fakültəsini bitirib. Savadlı oğlandır. O, qəbul imtahanlarında yüksək bal topladığına görə prezident təqaüdü alıb.

Novruz bu gecə mənim də maşınıma girib, amma yandırmayıb. O, maşınları düz saxlanılmamasına görə yandırdığını bildirib. Yandırdığı maşınların hərəsi bir evin həyətində olub. Hər birinin içinə benzin tökərək od vurub. Həmin gənc bir müddət öncə qonşularından birinin evin də yandırmışdı”.

Hazırda kənd sakinləri tərəfindən tutulan gənc polisə təhvil verilib.

Qeyd edək ki, Qarayev Bəhman, Qasımov Qüdrət, Vəliyev Ceyhun, Vəliyev Qalib, Nürəddin adlı Arabaçı kənd sakininin maşını yandırılıb.

www.yenicag.az

1627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv