Gədəbəydə yeməkxana yandı

Gədəbəy rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Düz Rəsullu kəndində ümumi sahəsi 54 m² olan birmərtəbəli yeməkxana binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.