Gədəbəyə dolu düşdü – 7 evə ziyan dəydi

Güclü külək və dolu Gədəbəydə bir sıra fəsadlar törədib.

Gədəbəy Rayon İcra Hakimiyyətindən Yenicag.az-a verilən məlumata görə, sərt hava şəraiti axşam saat 18:30-dan sonra müşahidə olunub. Ümumilikdə rayon ərazisində 7 evin dam örtüyünə ziyan dəyib:

“Ötən axşamdan başlayan sərt hava Gədəbəy şəhərində bir evin, Qaradağ kəndində isə 6 evin dam örtüyünə ziyan vurub. Güclü külək nəticəsində elektrik xətlərinə də ziyan dəyib və bu səbəbdən ötən gecə 47 yaşayış məntəqəsi işıqsız qalmışdı. Ancaq hazırda demək olar ki, bütün evlərə elektrik enerjisinin verilməsi bərpa olunub”.

İcra Hakimiyyətindən əlavə edilib ki, sel nəticəsində kəndarası yollara da qismən ziyan dəyib, hazırda bu problem də aradan qaldırılıb: “Kəndlərarası gediş-gəliş yaxşı vəziyyətdədir”.