!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verildi - FOTO

!Reklam – Yazi

Gədəbəyin Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərinə təbii qaz verilib.

Yenicag.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 720 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 64 min 451 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır./Trend/

www.yenicag.az

7409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv