!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gedənləri getmiş saymırıq” – Rauf Arifoğlu

!Reklam – Yazi

12233382_10206837101598847_1208418842_n“İndiki komandadan çox məmnun və razıyam”

Bu gün “Yeni Müsavat” qəzeti fəaliyyətə başlamasının 26-cı ildönümünü qeyd edir. Bu illər ərzində müxtəlif çətinliklərə sinə gələn qəzet və onun kollektivi artıq 20 ilə yaxındır ki, ölkənin aparıcı mətbu orqanı olaraq da tanınır.

Yenicag.az olaraq ildönümü ilə bağlı qəzetin baş redaktoru Rauf Arifoğlundan müsahibə götürdük. Müsahibəni təqdim edirik.

-Bu illər ərzində qəzetlə bağlı unutmadığınız, unuda bilmədiyiniz olaylar hansılardır?

– 26 ilik zamanı bir neçə günlə ifadə etmək olduqca çətindir. Bu illəri qəzetin nömrələrinə bölsək, artıq 6277-ci sayı çıxıb, onların hamısı mənim üçün unudulmazdır. Hamısı gözümüzün nuru, ürəyimizin yağı ilə hazırlanmış materiallardır. Unudulma imkanı da yoxdur, çünki bunlar həm arxivdə, həm də tarixdə qalır. İstənilən qəzet üçün böyük bir tarixi tədbirdir. Yeni dövlət quran ölkələr üçün də bu həddən artıq şərəfli bir tarixdir. Çünki, “Yeni Müsavat” qəzetinin tarixi müstəqilliyimizin tarixindən də bir qədər böyükdür. Bu da onu göstərir ki, azərbaycanlılar var olmaq, müstəqil dövlət olmaq üçün bütün cinahlarda, cəbhədə, meydanlarda, o cümlədən informasiya və söz sahəsində mübarizə aparıb, təşəbbüs göstəriblər. Bilirsiniz ki, “Yeni Müsavat” qəzeti yarandığı 1989-cu ildə Azərbaycan hələ SSRİ-nin tərkibində idi. Kommunist yönümlü qəzetlərdən başqa yerdə qalan qəzetlərin hamısı qadağan idi. Gizli şəraitdə, təhlükəsizlik qüvvələri, KQB-nin sıx basqısı altında redaksiya qurub, çapını, yayımını da gizli şəkildə həyata keçirən bir heyətlə fəaliyyətə başlamışıq. Bir növ fədakar, partizan və idealist insanların birliyi ilə bu prosesi başladıq. O zaman üçün bu fantastik, mümkün olmayan bir proses idi. Amma biz mümkün olmayanı etmək üçün Allah tərəfindən missiyalandırılmış millət olduğumuz üçün, içərisindən fərdlər çıxıb hərə bir sahədə öz sözünü deyib. Azərbaycanda dövlət qurularkən artıq onun müstəqil müdia quruluşları formalaşaraq, fəaliyyət göstərirdi.

– Artıq 20 ilə yaxındır ki, “Yeni Müsavat” qəzeti ölkənin aparıcı qəzeti olaraq özünü təsdiq edə bilib. Sizcə uzun müddət ərzində ölkənin aparıcı mətbu orqanı olmağın sirri nədədir?

– Birincisi, bu təbii cənabi Allahın bizə verdiyi mükafatdır ki, missiyanı bu qədər davam etdirə bilmişik. İkincisi, burada zəhmətimizin də rolu vardır, yəni çox işləmişik. Hesab edirəm ki, bu dünyada ən böyük istedad zəhmət istedadıdır. Yəni insanların zəhmətkeş olması özü bir istedaddır. Gecə-gündüz demədən, yorulmadan 26 ildir ki, öz xəttimizlə, yolumuzla davam edirik.. Nəticə də zəhmətdən, əziyyətdən doğur. Yorulmamaq bu prosesin əsas vəzifəsidir. Ona görə də çalışırıq ki, yolulmayaq, özümüzü, oxucunu bezdirməyək və öncürlərdən biri olaq. Demirik ki, yeganəyik, amma deyirik ki, Azərbaycanın siyasi və xəbər məkanında “Yeni Müsavat” həm tarixən, həm felən var və gələcəkdə də olması üçün iddialıyıq. – Jurnalistlərdən kimləri “Yeni Müsavat”da görmək istərdiniz? – 26 il ərzində bu qəzetdən mindən çox jurnalist gəlib keçib. Azərbaycan mətbuatının hazırda yaşayan, yaradan əsas simaları bu qəzetin yetirmələri, yaxud da burada müəyyən müddət çalışmış insanlardır. Təbii ki, fikrimdə ideal bir qəzet komandam var. İdeal dünya futbol komanda heyəti necə müəyyənləşirsə, özüm üçün o cür müəyyənləşdirmişəm. Amma indiki komandadan çox məmnun və razıyam.. Hesab edirəm ki, Azərbaycanda ən yaxşı redaktor korpusu, reportyor heyəti qəzetimizdədir, buna iddia edirəm. Təbii ki, başqa media qurumlarında da çox keyfiyyətli reportyor, qələm sahibləri, yazarlar vardır. Onların da bəzilərinin burada olmasını arzulayardım.. Adlarını xüsusi qeyd etmək niyyətim yoxdur. Davam edirik, qarşıda imkanlar, zamanlar var.

– Kimlərin qəzetdən gedişindən üzüldünüz?

– Dünyasını dəyişənlərin bizi tərk etməsilə təbii ki, qəzetin kollektivində müəyyən itkilər oldu. Onlara üzüldüm. Ümumiyyətlə, “Yeni Müsavat” qəzetində tərk etmək deyilən bir proses yoxdur. Gedənlərə həmişə deyirik ki, geriyə qapı açıqdır. Bura bir yurd yeri, ata evidir, kim hara getsə də geri dönə bilir. Bir-iki nəfəri istisna olmaqla, yerdə qalanlarla bağlı vəziyyət belədir. Ona görə də gedənləri getmiş saymırıq. – Mümkünsə, bir qədər də yeni planlarınız barədə danışardınız? – Yeni planlar əslində köhnə planlardır. Mövcudluğu, qəzetin fəaliyyətini davam etdirmək. Bu minimum plandır. Maksimum plan isə imkan olsa, meydan verilsə bir qədər də böyümək, genişlənməkdən ibarətdir.

– Onlayn Tv olaraq necə, “Yeni Müsavat”ı görə biləcəyikmi?

– Qəzetin onlayn versiyasını yarada bilmişik.. Bu proses uğurla başa çatıb.. Elektron versiya kağız versiyanı tirajına görə 10 dəfələrlə qabaqlayıb.. Ayrıca onlayn-tv yaratmaq haqqında da düşünürük. Amma proses uzun çəkdi. Həm maddi imkanlar, siyasi şərait bəzi hallarda prosesi tormozlayır. Amma iddialıyıq, gələcəyə dair planlarımız var. Onların içərisində də onlayn-tv layihəsi vardır. – Gələn il üçün bunu görə biləcəyikmi? – İnşallah, qismətdir.

ELÇİN

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv