Reklam

Reklam

“TANAP təbii qaz layihəsi sadəcə, Türkiyə, Azərbaycan və Gürcüstanı deyil, Balkan ölkələrini və Avropanı da dərindən maraqlandırır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri VI Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib:

“Azərbaycanla Türkiyə arasında ötən dövrlərdə çox mühüm əməkdaşlıq sazişləri imzalanıb və bundan sonra da imzalanacaq. O sazişlərin hansı sahələri əhatə etdiyini soruşsaz, məsələn, Bakı-Tiflis-Qars dəmiryolu artıq istifadəyə verilib. İkincisi isə Bakı-Tiflis-Ərzurum neft kəməri də artıq istismara verilib.

Üçüncüsü, Bakı-Tiflis-Ceyhan neft kəməri də qeyd olunmalıdır. Bu ilin sonunda da istifadəyə veriləcək TANAP təbii qaz layihəsi sadəcə, Türkiyə, Azərbaycan və Gürcüstanı deyil, Balkan ölkələrini və Avropanı da dərindən maraqlandırır. Bu layihənin gerçəkləşməsi də tam sürətlə davam etdirilir.

Azərbaycan və Türkiyə bundan sonra da ciddi struktur layihələri həyata keçirəcək. Eyni zamanda, digər sahələrdə də, o cümlədən, mədəniyyət və turizm sahələrində qarşılıqlı əlaqələr genişləndiriləcək, regional əməkdaşlıq dərinləşdiriləcək”.

A. Zeynalov

Foto: Cəmalə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1004
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."