!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gedib cavabını versinlər...” – MTRŞ-dan Mirşahinin qalmaqallı şərhinə REAKSİYA

!Reklam – Yazi

“Onun “Facebook”da və ya başqa yerdə dediklərinin bizə nə dəxli var?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Teleradio Şurası (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Real” TV-nin baş direktoru Mirşahin Ağayevin sosial şəbəkədə paylaşdığı və birmənalı qarşılanmayan şərhinə münasibət bildirərkən deyib.

Təvəkkül Dadaşovun sözlərinə görə, Mirşahinin geniş müzakirələrə səbəb olmuş statusu MTRŞ-nın kompetensiyasına aid deyil:

“Mirşahinin o fikirləri teleradioyayım fəaliyyəti ilə bağlı, eyni zamanda, bizə aid məsələ deyil. Bu, şəxsi zəmində verilən bir açıqlamadır. Onun yazdığını oxumuşam – bilmirəm statusdur, ya açıqlamadır…

O, kimi nəzərdə tutubsa, özü yaxşı bilir. Nəzərdə tutulanlar da Mirşahinin nə demək istədiyini bilirlər. Yəni bunun bizə aidiyyatı yoxdur. Öz aralarında kim kimə nə deyibsə, özləri bilər.

Həm də ki Mirşahin o fikirləri efirdən söyləməyib axı… Efirdə demiş olsaydı, başqa məsələ. Onun “Facebook”da və ya başqa yerdə dediklərinin bizə nə dəxli var? Mirşahinin dediklərini kim özünə götürübsə, getsin onun cavabını versin”.

Qeyd edək ki, Mirşahin bu gün sosial şəbəkədə ANS TV-nin bağlanmasından sonra onu tənqid edənlərə yönəlik təhdid dolu mesaj ünvanlayıb:

“Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir?

Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz.

Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!”

A.Zeynalov

www.yenicag.az

3859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv