Gediş haqqı artmayacaq

Avtobusghjn0Azərbaycanda benzinin qiymətinin 0,02 manat artırılması ilə əlaqədar ictimai nəqliyyatda gediş haqlarının və digər xidmətlər üzrə qiymətlərin artması üçün heç bir əsas yoxdur.

Bu barədə çərşənbə axşamı İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təkcə avtomobillərin texniki müayinəsindən çıxarılan və yanacağın dəyərinə daxil edilən yol vergisinin tutulması mexanizmi dəyişib.

Həmçinin nazirlikdən qeyd ediblər ki, Tarif (qiymət) Şurasına heç bir müraciət daxil olmayıb(trend).