Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Gelandewagen” qəzasının türkiyəli qurbanları - “Qaçqınkom” sədri xərci özü çəkəcək

Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının vurması nəticəsində ağıq yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və xanımı Songül Tekişdən xəbər var.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, artıq hər iki zərərçəkən şəxs Türkiyəyə aparılıb. Cütlük qardaş ölkəyə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ayrılan şəxsi təyyarə vasitəsilə çatdırılıb. Onlar Ankarada GATA xəstəxanasında yerləşdiriliblər. Bu gün isə zərərçəkən valideynlərin uşaqları Türkiyəyə yola salınacaq.

Əldə etdiyimiz özəl məlumata görə, bu prosesdə bütün xərcləri “Qaçqınkom” sədri Əli Həsənov öz üzərinə götürüb.

Cütlüyün sağlamlıq vəziyyətinə gəlincə, Sönkül Tekişin həyatı təhlükəsi aradan qalxsa da, onun şikəst qalma ehtimalı davam edir. Əri Mütallib Tekişin vəziyyəti isə kritikdir.

Qeyd edək ki, bu gün Tekiş ailəsinin Türkiyənin sabiq prezidenti Abdullah Gülün qohumları olması xəbəri yayılıb.  Yenicag.az xəbərin yalnış olduğunu dəqiqləşdirib. Belə ki,  on ildən çoxdur Azərbaycanda yaşayan Tekiş ailəsi əslən Maraş şəhərindəndir və Gül ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

568
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM