Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Gelandewagen"lə dəhşətli qəzanı törədən Nailin özü imiş - Rəsmi açıqlama

Baş Nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yandığını xəbər vermişdik.

Yenicag.az-ın məlumatına görə, bədbəxt hadisə zamanı maşını idarə edənin Nailin hadisə yerində həlak olan sürücüsü Əliyev Mehdi Ramil oğlu olduğu bildirilirdi.

Lakin, haqqın.az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat katibi, polkovnik Ehsan Zahidov bildirib ki, qəzanı törədən Nail Allahverdiyevin özü imiş. DİN rəsmisinin sözlərinə görə, N. Allahverdiyev cinayət məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, qəza zamanı vurulan piyadalardan biri hadisə yerində keçinib, digərinin vəziyyəti olduqca ağırdır.

Yenicag.az

www.yenicag.az

1163
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100