Bakıda əhalinin 2,62 milyon nəfərdən 3,17 milyon nəfərə qədər dəyişəcəyi proqnozlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu, paytaxtın 2040-cı ilə qədər inkişafının Baş Planında öz əksini tapıb.
Xatırladaq ki, ötən il dekabrın 30-da Baş nazir Əli Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafının baş planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Baş plan beynəlxalq tenderin qalibi – Almaniyanın AS+P Albert Speer + Partner Gmbh şirkəti tərəfindən hazırlanıb.