“Gələcəyi dizayn et” layihəsinə start verildi

21 noyabr 2022-ci il tarixindən Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində 18-29 yaş arası, maddi cəhətdən zəif olan, dizayn, memarlıq ixtisasında təhsil alan və ya həvəskar 20 nəfər gəncə 1 ay müddətində (2 qrup şəklində hər qrupda 10 nəfər olmaqla, həftədə 2 dəfə, 1,5 saat) AutoCAD proqramı tədris ediləcək. Dərslər, Azərbaycan Rəssamlıq Akademiyasının İnteryer dizayn ixtisasını qırmızı diplomla bitirən, “Code Academy”nin “Digital Memarlıq və 3D tədris” proqramını müvəffəqiyyətlə bitirən və daha sonra da orada mentor olaraq fəailiyyət göstərən Xanımzər Məmmədova tərəfindən tədris ediləcək.

Layihədə iştirak etmək istəyən gənclər qeydiyyat formunu doldurmalıdır.

Qeyd edək ki, namizədlər müsahibə əsasında seçiləcəklər.

Dərslər, 21.12.2022-21.01.2023-cü il tarixlərində, Bakı şəhəri “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzinin (ünvan: Bakı şəh., Binəqədi r-nu, Səttar Bəhlulzadə küç., ev 44, AZ-1106, Azərbaycan) təlim mərkəzində keçiriləcək. Kursu bitirənlər sertifikatla təmin olunacaqlar.

Layihədə bu anketi cavablandıran tələbələr və gənclər iştirak edə bilər.

https://forms.gle/VUjE9VZd2daKD2F2A

Qeydiyyat üçün son tarix: 15.12.2022-ci il saat 23.00

Qeyd: Dərslər ÖDƏNİŞSİZDİR!