!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gələcəyin texnologiyalarını tətbiq edən Asiyanın nəhəngi mükafatlandırıldı – Foto

!Reklam – Yazi

QNET şirkəti “elektron-ticarət sahəsində ən yaxşı təcrübə” mükafatı ilə təltif edildi.

QNET şirkəti “Sitecore” tərəfindən müəyyən edilmiş “Experience Awards” 2016 mükafatını qazandı. Şirkət “elektron-ticarət sahəsində ən yaxşı təcrübə” mükafatına çox kanallı satış prosesslərinin avtomatlaşdırılması üçün layiq görülüb. “Sitecore” şirkəti müştəri xidmətlərinin idarə edilməsi üzrə dünya lideridir və hər il “Sitecore”un həllərinin onlara və onların şirkətlərinə gətirdiyi xeyiri nümayiş etdirən müştərilərini və partnyorlarını mükafatlandırır.

QNET şirkətinin qazandığı bu mükafat axtarış, seçim və onlayn alış və habelə satışdan sonrakı xidmətin asan, əlverişli, sürətli və mühüm olan inteqrasiya olunmuş elektron ticarət platformasına malik olan şirkətlər üçün nəzərdə tutulub. Qalib şirkət qismində QNET özəlləşdirməsi mümkün olan məhsulların təklifi, çox kanallı alış əməliyyatlarının üsulunu və onlayn səbətdə seçilmiş məhsulların optimizasiya və konversiya imkanlarını nümayiş etdirdi. “Sitecore Commerce’s” şirkətinin kataloqlaşdırma, inventarizasiya, qiymətləndirmə, endirimlərin idarə olunması və irəliçəkmə, həmiçinin alıcıların səbətləri ilə qarşılıqlı əməliyyatları, irəliçəkmənin idarə olunması və satışların stimullaşdırılması kimi həlləri QNET korporativ komandası üçün daha asan və daha səmərəli olmuşdur.

“Biz “Sitecore Experience Award”a layiq görüldüyümüz faktı ilə heyran olduq”, – QNET-in Qeneral direktoru Trevor Kuna dedi.

– Biz müştərilərimizə daha yaxşı xidmət göstərmək, onların loyallığını inkişaf etdirmək və onlara unikal rəqəmsal təcrübə bəxş etmək üçün onlayn marketinqin bütün gücündən istifadə edən qalib sayt yaratmaq məqsədi sahəsində aparıcı platforma ilə “Sitecore’s Experience Management Platform™”la çox sıx əməkdaşlıq edirdik.

1998-ci ildə QNET şirkəti ilk olaraq yalnız elektron ticarət üzərində birbaşa satış proqramını işə saldı. Bu gün bu, gələcək nəsil platforması QNET-in mövqeyini bu industriyanın lideri kimi daha da gücləndirir. “Delware”in tətbiq üzrə partnyorunun dəstəyi ilə QNET şirkəti maneəsiz və arasıkəsilməyən alış prosesinin yaradılmasına nail olmuşdur. Rəqəmsal olan müasir dövrümüzdə rəqabət aparmaq bacarığını əldən verməmək və dünya üzrə inkişaf edən rəqəmsal auditoriyanın tələbatını ödəmək məqsədilə QNET şirkəti müstəqil nümayəndələrini və müştərilərini ən müasir, etibarlı və davamlı iş təcrübəsi ilə təmin etməyə can atır.

“Sitecore Experience Awards” haqqında

Sitecore Experience Awards – daimi əsasda keçirilən beynəlxalq mükafatdır. Qaliblər hər bölgə üçün bir neçə kateqoriyalar üzrə müəyyən edilir. Nominasiya siyahısı tərəfdaşlar, müştərilər, mətbuat və analitiklərin materialları əsasında tərtib edilir. Nominantlar “Sitecore”un brendləri ətrafında hər bir kommunikasiya kanalında güclü halo yaradan və etibarlı biznes nəticələri ilə təmin edən həlləri vasitəsilə hər bir alıcının unikal və özəl təcrübəsinin nümunələrinin yer aldığı formanı doldurur.

Qaliblər təqdimatda geniş məlumat mənbələrinin proqramlarla inteqrasiyasının, təlimatlandırma bacarığının, maarifləndirmə və fəallığa motivasiya etməsinin, habelə təsirləndirici istifadəçi təcrübəsinin yer aldığı yaradıcı yanaşma nümayiş etdirməlidirlər. Bu mükafat və onun şərtləri haqqında daha ətraflı məlumat almaq üçün www.sitecore.net/Sitecore-experience-awards linkindən yararlana bilərsiniz.

http://www.sitecore.net/en/customers/e-commerce/qnet

QNet Haqqında:

QNET – Sağlam həyat tərzi aparmaq üçün və premium seqmentindən olan məhsullarının geniş çeşidini təklif edən və 100-dən artıq ölkələrdə distribyutorluğu olan Asiyanın böyük birbaşa satış və elektron ticarət şirkətidir. Habelə şirkətin dünya üzrə 25 ofis və agentlikləri və 50-dən çox logistika mərkəzləri vardır. QNET brendi 1998-ci ildə Honq-Konqda təsis edilib. Malayziya, Sinqapur, Filippin və İndoneziya Birbaşa Satış Assosiasiyalarının üzvüdür. QNET şirkəti Honq-Konqda Sağlam Qida Assosiasiyasının və Sinqapurda Qida Əlavələri Assosiasiyasının üzvüdür. QNET dünya üzrə futbol və badminton kimi idman sahələrində fəallıqla iştirak edir. Şirkət əmindir ki, drayv və komanda işi tam şəkildə QNET-in fəaliyyətini əks etdirir. Bu yaxınlarda, növbəti üç il ərzində, birbaşa satış şirkəti kimi tərəfdaş qismində “Manchester City” (Manchester City Football Club) futbol komandası ilə əməkdaşlığa dair yeni müqavilə imzalanıb.

Mövzu ilə bağlı QNET (http://www.qnet.net/) saytında daha ətraflı məlumat ala bilərsiniz.

 

Yeniçağ.az

www.yenicag.az

1122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv