Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.
Yenicag.az xəbər verir ki, bu, həftənin cümə gününə təsadüf edir.
Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.
Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur.