Gələn ay Azərbaycanla BMT arasında yeni sənəd imzalanacaq

“Bu ilin iyunun 13-də Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə memarandum imzalayacağıq”.

Yenicag.az xəbər verir ki, bunu Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O xatırladıb ki, agentlik artıq bir ilə yaxındır fəaliyyət göstərir: “Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər oldu. Ancaq vəziyyət bizim istədiyimiz kimi deyil”.