!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Gələn il bəşəriyyəti nə gözləyir? - Nostradamusun PROQNOZLARI

!Reklam – Yazi

Nostradamus bir neçə sahə ilə – tibb, astrologiya və kimyagərliklə məşğul olur, həm də gələcəyi bir neçə yüz il əvvəldən gördüyünü iddia edirdi. Bəziləri onun öngörülərinə şübhə ilə yanaşır və uydurma hesab edirdilər. Bununla belə Nostradamusu fırıldaqçı adlandırmaq çətindir – onun proqnozlarının çoxu artıq həyata keçib.

Yenicag.az oxucuları Nostradamusun 2023-cü illə bağlı öngürüləri ilə tanış edir.

1555-ci ildə nəşr olunan məşhur kitabında falçı 2022-ci ildə siyasi liderin qəflətən öləcəyini və bunun da dəyişikliklərə səbəb olacağını yazmışdı. Belə də oldu – sentyabrın 8-də Böyük Britaniya kraliçası II Elizabet vəfat etdi. Onun ölümü bir çox dövlətləri, şübhəsiz ki, hamıdan çox ingilis xalqını dərindən sarsıtdı. Nostradamus həm də süni intellektin inkişafını öncədən xəbər vermişdi, indi alimlər bu sahədə gərgin işləyir. İlon Mask isə insanabənzər robotu təqdim etməyə hazırlaşır.

Нострадамус

Nostradamus digər mühüm hadisələri də proqnozlaşdırmışdı: Adolf Hitlerin hakimiyyətə gəlməsi, İkinci Dünya Müharibəsi və Fransız İnqilabı. Ümumilikdə o, altı mindən çox proqnoz verib.

Nostradamusun proqnozlarını şərh etmək çətindir, çünki onlar dördlük şəklində yazılır və bəzən qeyri-müəyyən məna daşıyır. Bununla belə, mütəxəssislər onun proqnozlarından maksimum dəqiq məlumat əldə etmək və gələcəyi şərh etmək üçün əllərindən gələni edirlər. Görəsən, bəşəriyyəti 2023-cü ildə nələr gözləyir?

Həddən artıq siyasi gərgin vəziyyəti

Nostradamus 2022-ci ildə siyasi durumun gərgin olacağını, 2023-cü ilin bundan yaxşı olmayacağını iddia edirdi. Kahin yazırdı: “Yeddi aylıq dağıdıcı qarşıdurma və şər nəticəsində insanlar ölürlər”. Amma müəllif hansı ölkələr arasında münaqişənin olacağını yazmayıb.

Предсказания Нострадамуса

Mars arzusunun sonu

Heç kimə sirr deyil ki, İlon Mask insanları Marsa köçürmək ideyası ilə məşğuldur. O, 2029-cu ildə bu planetə astronavt göndərməyə hazırlaşır. Bununla belə, Nostradamus kitabında yazırdı: “Marsın işığı sönəcək”. Ola bilsin ki, öngörücü bəşəriyyətin başqa planetdə yaşamaq arzusuna son qoyacağına və ya bunun qeyri-mümkün olduğunu başa düşəcəyinə işarə edib. Lakin istisna deyil ki, bu qeyri-müəyyən xətt başqa məna daşıyır.

Bəzi şərhçilər əksinə, görücünün 2023-cü ildə bəşəriyyətin Marsı müstəmləkəçiliyinə keçirməklə bir sıçrayış olacağını nəzərdə tutduğuna inanırlar.

İqsitadi böhran

Pandemiya başlayandan sonra iqtisadi vəziyyət kəskin şəkildə pisləşməyə başladı və bu günə qədər heç bir müsbət dəyişiklik yoxdur. Mütəxəssislər hesab edirlər ki, gələn ilin bundan daha yaxşı olacağına ümid etməyə dəyməz. Nostradamus da insanların qiymət artımı ilə üzləşəcəyi proqnozunu verib.

Yeni dünya düzəni

Nostradamus iki böyük dövlət arasında yeni ittifaqın olacağını irəli sürüb, fəqət birliyin müsbət təsirlərinin uzunmüddətli olmayacağını vurğulayıb. Hansı ölkələrdən söhbət getdiyi məlum deyil, ancaq o, bir tərəfin güclü kişi, digərinin isə zəif və ya qadın lider olacağına eyham vurub.

Təbii fəlakətlər

Alimlər qlobal istiləşmə ilə bağlı problemləri çözə bilmirlər. Nostradamusun fikrincə, 2023-cü ildə vəziyyət daha da pisləşəcək, bunun nəticəsində insanlar təbii fəlakətlərlə üzləşə bilər. “Quraqlıq və daşqınlar olacaq” – öngörücü bildirib.

Nostradamus səmada alov izindən də danışıb. Bəzi tədqiqatçılar hesab edir ki, o, bununla da Yerə meteoritin düşəcəyini proqnozlaşdırıb. Yalnız ona ümid etmək qalır ki, öngörücü səhv edib və onun bütün qorxu dolu proqnozları baş tutmayacaq.

Yeri gəlmişkən, məşhur astroloq Tamara Qloba 2023-cü ilin necə olacağını artıq açıqlayıb. Və onun bəzi proqnozları Nostradamusun proqnozları ilə üst-üstə düşür. Təəssüf ki, hər iki görücü təbii fəlakətlərdən xəbər verir. Rusiyalı mütəxəssisin fikrincə, gələn il hamı üçün son dərəcə çətin olacaq, çoxlu sayda insan mühacirət edəcək, varlılar bir anda yoxsullaşa bilər, bəziləri isə əksinə, fürsətdən istifadə etsələr, vəziyyətlərini yaxşılaşdıra və yeni imkanlardan yararlana biləcəklər. Amma bütün bu uğursuzluqlar silsiləsi bitəcək, 2024-cü ilin ortalarında hər şey dəyişməyə başlayacaq: iqtisadiyyat, insan psixologiyası. İnsanlar birləşmək istəyəcəklər. 2026-cı ilə qədər işlər daha yaxşı olmalıdır. (Publika.az)

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv