Gələn il bu ölkə KTMT-yə sədrlik edəcək

KTMT üzv dövlətlərin və bütövlükdə Avrasiya regionunun təhlükəsizliyinin təmin edilməsinin tərkib elementidir.

Yenicag.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O qeyd edib ki, sammitin gündəliyində beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər var.

Lukaşenkonun sözlərinə görə, Belarus bu il KTMT sədrliyini başa vurur və dekabrın 31-də onu Qazaxıstana təhvil verəcək.