Gələn il neft neçəyə olacaq? – Seçin proqnozlarını açıqladı

“2018-ci ildə neftin orta qiyməti 40-43 dollar təşkil edəcək”

Yenicag.az xəbər verir ki, belə bir proqnozla “Rosneft”in rəhbəri İqor Seçin çıxış edib. Onun sözlərinə görə, qiymətlərə təsir edən başlıca faktorlardan biri ABŞ-dakı maliyyə vasitələridir:

“Dolların devalvasiyası hazırda 20% təşkil edir. Müvafiq əmsalları nəzər almaqla hesablama aparsanız, görərsiniz ki, ABŞ-da real qiymət elə 40 dollara bərabərdir”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak növbəti il neft bazarında vəziyyətin stabil olacağını, Brent markalı neftin orta qiymətinin təxminən 50 dollara bərabər olacağını bildirmişdi.

COP29