Gələn ildən həkim təyinatları elektron xidmət vasitəsilə həyata keçiriləcək

Növbəti tədris ilindən etibarən rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatlarının elektron xidmət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən normativ sənəd layihəsi hazırlanıb və təsdiq olunduqdan sonra tətbiq ediləcək.