“Gəlin, inanaq” – Ronaldo çağırış etdi

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya uduzduqları oyundan (0:2) sonra sosial şəbəkədə paylaşım edib.

Yenicag.az xəbər verir ki, o, özünün “İnstagram” hesabından komandası ilə birgə şəklini paylaşaraq yazıb: “Çox çətin axşam idi. Gəlin, inanaq”.

Qeyd edək ki, Turin klubu indiyə kimi pley-off-da 0:2 hesabla uduzduğu ilk oyundan sonra heç vaxt növbəti mərhələyə yüksəlməyib.