Rusiyada toy günü bədbəxt hadisə baş verib.
Hadisə Moskva əyalətində qeydə alınıb. Belə ki, toy günü mərasim iştirakçıları gölün bir sahilindən digərinə üzməyə qərar veriblər. Məlumatda qeyd edilir ki, sahilə çatmağa az qalmış gəlinin gücü tükənib və o, suda batıb. Onun yanında üzən rəfiqəsi də 32 yaşlı gəlini xilas edə bilməyib.
Faciə iyulun 2-də baş verib, gəlinin meyiti isə növbəti gün tapılıb. O da qeyd edilir ki, həmin su anbarı üzmək üçün qadağan edilmiş zona olub.
Hazırda baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.(qafqazinfo)