Türkiyənin Şanlıurfa vilayətində baş tutan toy səs-küy salıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfada məskunlaşan İzol əşirətinə mənsub iş adamının oğlunun toy görüntüləri davamlı müzakirə predmetinə çevrilib.
Məlumata görə, toyda gəlinin üzərinə hədiyyə olaraq 7 kiloqram qızıl taxılıb. Üzərindəki qızılların ağırlığı gəlinin hərəkət etməsini də çətinləşdirib. Cütlük üçün pul yığılan sandıqdan isə 5 milyon lirə (305 min manat) çıxıb.