Gəmi batdı – 30 ölü, 200 itkin

Konqo Demokratik Respublikasında insanları daşıyan gəmi batıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində azı 30 nəfər ölüb, yüzlərlə insan itkin düşüb.

İnonqo şəhər meri Saymon Vembanın sözlərinə görə, sərnişin gəmisi Mai-Ndombe gölündə çevrilərək batıb.

“Gəmidə əksəriyyəti maaş almaq üçün gölün o biri tayına gedən yerli məktəblərin müəllimləri olub. İki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir”, – mer qeyd edib.

Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub.

COP29