Xəbər verildiyi kimi, 10 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.