!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənc aktrisa ilk dəfə həyat yoldaşı ilə - FOTO

!Reklam – Yazi

Gənc aktrisa Günəş Mehdizadə tədbirlərin birinə ilk dəfə olaraq həyat yoldaşı ilə qatılıb.

Cütlük Yenicag.az-ın fotokamerasına poz verib.

Saytımıza açıqlama verən aktrisanın həyat yoldaşı xanımını qısqanmadığını deyib:

“Günəş səhnə adamıdır, həyatla səhnəni heç vaxt bir-birinə qarışdırmır. Ona inanıram və buna görə də ona qadağalarım yoxdur. Heç vaxt müti qadınları sevməmişəm. Həmişə arzulayırdım ki, qarşıma elə qadın çıxsın, mənə cavab qaytarmağı bacarsın. Günəş də belədir. Lazım olanda sözünü deməyi və mənə cavab qaytarmağı bacarır. Yoxsa ki bəzi kişilər kimi əlimi masaya çırpıb demirəm ki, mən deyən olmalıdır. Demokratik qaydalarla yaşayan ailəyik. Buna görə də illərdir ki, bərabər yaşayırıq”.

Qeyd edək ki, aktrisanın həyat yoldaşı Rasim Mehdizadə səs rejissorudur.

Cəvahir
Foto: Allahverdi

www.yenicag.az

11083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv