!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Gənc aktrisaya qadağa qoydular: “Şərt kəsdi ki, soyunsan…”- FOTOLAR

!Reklam – Yazi

Xalq artisti Firəngiz Mütəllimova tədbirlərin birinə böyük bacısı İlhamə və onun aktrisa qızı Gülarə ilə birgə qatılıb.

Yenicag.az-ın suallarını cavablandıran aktrisa anasının onunla şərt kəsdiyini deyib:

“Anam mənimlə şərt kəsdi. Dedi ki, heç vaxt filmlərdə açıq-saçıq səhnələrə çəkilməyəcəksən. Əgər filmlərdə soyunsan, açıq-saçıq səhnələrə çəkilsən səni sənətindən ayıracam. Razılaşdım. Amma deyim ki, erotik səhnələrə çəkilmək istəyim də yoxdur. Xalam Firəngizə oxşamışam, o da heç vaxt erotik səhnələrə çəkilməyib”.

İlhamə qızının aktrisa olmasına qarşı çıxdığını bildirib:

“Heç vaxt istəmirdim qızım aktrisa olsun. Amma nə illah etdim ki, onu qərarından daşındırım, xeyri olmadı, o öz dediyindən dönmədi. Nə gizlədim, qızımla bacara bilmədim. Ailə qurarkən seçimə qarışmaqdan çox qorxuram. Mən də qızımın seçiminə müdaxilə etməyəcəm. İstəyənlər çoxdur, hələ ki, ailə qurmaq yox, sənətdə karyera barədə düşünür”.

Qeyd edək ki, Gülarə Məmmədzadə bir neçə filmdə baş rolları canlandırıb.

Cəvahir

Foto:Cəmalə

www.yenicag.az

7341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv