Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gənc alim çağırış etdi: Pedaqoji Universitetin uğurlarını görməmək təfəkkür korluğudur

Son günlər elektron media portallarında, sosialşəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Universitetin rektoru professor Cəfər Cəfərovun haqqında xoşagəlməz, haqqa, ədalətə zidd dedi-qodu dolu söhbətlər yayılıb.

O yazıları oxuduqca insanın içində bir sual baş qaldırır: Əcabə, görəsən, insan nə qədər vicdansız, mədəniyyətsiz olar ki, ağa qara deyərək, ağzını boş qoyub nələrsə yazsın. Bu yerdə qədim bir uyğur atalar sözü yadıma düşdü: Ata görən ox yonar, ana görənpaltarbiçər. Bəli, həqiqətəndəinsanıncəmiyyətdəkimövqeyi, qətiyyəti, danışığı, oturuşu, duruşuailəsindənkeçər.Gərəkki, ailədəatadankişilik, anadan da əxlaqöyrənəsən.Ailədəki, tərbiyə, dəyər, dəyərləri müəyyən edən meyarlar nizam-mizan olmadı, orada halal-hümmət nəsil yetişəbilməz. Beləinsanlarcəmiyyətinhansısahəsindəolursaolsun, həmişə neqativliklər, əyintilər, yalanlar, pessimistlik, şər-böhtanlar sərgiləyəcəklər.

Bəli, dediyim kimi, belə nanəciblər həmişə olub, yenə də olacaq. Amma bu tip ünsürlərə qarşı hamımız birgə mübarizə aparmalıyıq. Mən buradan dəyərli oxucularımıza, media kapitalarına, ləyaqətli jurnalist dostlarımıza, QHT rəhbərlərinə, ictimai fəallara müraciət edərək onları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) həyata keçirilən inqilabi dəyişikliklərə, islahatlara, innovativ yeniliklərə mənəvi dəstək vermələrinə səsləyirəm. Övladlarınız, gələcəyiniz naminə haqqı dəstəkləyin, cənablar!

Hamınızın yadındadır, ADPUbir vaxtlar ölkəmizin ən geridə qalmış universitetlərindən biri olaraq, neqativliklər yuvası kimi hər kəsin ikrah və gülünc obyektinə çevrilmişdir. Uşaqları ADPU-da oxuyan valideynlər cəmiyyətdə bir az utanaraq “oğlum, qızım ADPU-da oxuyur”, – deyirdilər. Vaxtilə kiminsə qolunda azacıq gücü, əlində qələmi, dilində kəsəri olardısa gəlib universitetdə istədiyi müəllimə (vicdanını o vaxt da, bu gün də qoruyan müəllimlərdən üzr istəyirəm) tələbə tapşıra, qiymət yazdıra bilirdi.

Tapşırmağa adamı olmayanlar isə başqa neqativ yollara əl ataraq, kursdan-kursa keçərək ölüm-zülüb ali məktəbi bitirərdilər. Nəticədə isə gözü deyil, təfəkkürü kor müəllimlərin sayı çoxalırdı.

Bir sözlə formal ali təhsil, formal magistratura, formal doktorantura qəbulu, formal doktorantura təhsili, formal dissertasiya işləri, formal müdafiələr, formal… formal… hər şey formal olurdu.

Nəhayət ki, bu formallıqlar günlərin bir günü – 23 iyun 2016-cı ildə dayandırılma nöqtəsində dayandı(rıldı). Bu tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə professor Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olundu.

Məhz bu tarixdən sonra ADPU hər sahədə islahatlar cəbhəsinə çevrildi. Bu cəbhədə yüzlərlə əks qüvvələr yeniliklərə, islahatlara, doğruya, ədalətə qarşı yönəldi. Bu islahatları ağırlaşdıran bir məqam isə Azərbaycan Müəllimlər İnstitutu kimi böyük bir təhsil müəssisəsinin də ləğv olunaraq ADPU-ya qoşulması oldu.

O vaxt bu islahatlara, optimallaşdırma, rasionallaşdırma işlərinə start vermiş kiçicik komanda ilə yola çıxmışrektorun bu işləri sona çatdıra bilməyəcəyi haqqında söz-söhbətlər də var idi. Bəlkə də bu düşüncədə olan insanlara nədəsə haqq qazandırmaq olardı. Çünki yük həddən artıq ağır idi. Bu islahatların gedişində dostlardan, qohumlardan, adət etdiyimiz “yaxşı adam” olmaq titulundan məhrum olmaq kimi ağır sınaqlar var idi. Amma hər şey ölçülü, biçili olaraq göz altına alınmışdı. Bir hədəf var idi, cənab Prezidentin etimadı doğrulmalı, Azərbaycan təhsilinin, Azərbaycan məktəbinin qırılmış onurğa sütunu olan ADPU sağaldılmalı, inkişaf etdirilməli, irəli getməli idi.Ən qısa zamanda pozitiv insanların sayəsində, neqativliklər cəbhəsi yarıldı, irinlənmiş yaralardan çirklər axıdıldı, reablitasiya, sağaldılma işinə başlandı. Ölkədə təhsil sahəsində tanınmış mütəxəssislər ADPU-ya cəlb olunacaq kadr kimi bir-bir süzgəcdən keçirildi. Hər biri bir bölgədən, bir-birini ADPU-da tanıyan sanballı, bacarıqlı ən əsası da nəfsinə təp deməyi bacaran kəslərləvaxtilə Azərbaycan elminə və təhsilinə böyük dühalar bəxş edən, Azərbaycan məktəblərinin yarıdan çoxunu pedaqoji kadrlarla təmin edən qocaman ali təhsil müəssisəsinin problemlərinin həllinə başlanıldı.

Bütün islahat xətləri mədəni, etik, insani dəyərlər daxilində həyata keçirildiyindən professor Cəfər Cəfərovun islahat və idarəetmə prinsipləri Universitetin bütün cəbhələrində millətin, dövlətin xeyrinə qalib gəldi. Qazancı böyük olsa da itirdikləri də oldu. Onu anlamayan insanları, təhsilimizə biganə qalan dostları, qohumları itirdi.

“Təhsilimizin qazancı nə oldu?” sualını versəniz belə cavab verərəm. Bir vaxtlar qəbulda ADPU-nu 15-ci yerdə “bəxtə Şah Abbas” deyərək “cəhənnəm məktəbi” kimi yazan abituriyentlər indi isə ADPU-nun ixtisaslarını birinci yerdə yazaraq böyük rəqabət şəraitində yüksək bal toplayıb müsabiqədən keçənlərə “bəxtəxər şanslı çıxdı”, – deyirlər. Bu yerdə bir haşiyəyə çıxaraq kiçicik statistik təhlil vermək istəyərdim. Baxın 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər 500-dən çox bal toplayıb. Bu il isə ADPU-ya 500-dən çox bal toplayaraq qəbul olunmuş tələbələrin sayı 566 nəfərə çatıb. 600-dən çox bal toplayaraq ADPU-nu seçib müəllim olmaq istəyən tələbələrin sayı isə 15 nəfər oldu. ADPU-nun fizika, riyaziyyat, tarix, kimya, filologiya, pedaqogika, psixologiya, musiqi ixtisasları rəqabətə davamlı ixtisaslar kimi ad çıxardı.Bəs bu sıçrayışlı inkişaf dinamikası necə oldu birdən birə, 2-3 ilin içində.

Deyim hardan gəldi?

Deyirəm!

Rektor Cəfər Cəfərovun qətiyyəti və prinsipial idarəetməsi sayəsində illərlə oturduğu kreslodan durmaq, mürgülədiyi kabinetdən çıxmaq istəməyən şəxslər artıq Mustye mədəniyyətindən qalma əxlaqın keçərli olmadığını gördülər və ya könüllü getdilər, ya da göndərildilər. Təbii ki, bu insanlar üçün Cəfər Cəfərov xoşagələn insan ola bilməzdi. Amma bunlara baxmayaraq, ADPU-da kafedra müdiri, dekan vəzifələrinə iddia edən namizədlərin mübarizə etikası, yüksək seşki mədəniyyəti, bir sözlə insanlıq nümunələri formalaşdırıldı. Təbii ki, bu mədəniyyət nümunələrinin təməlində də təhsil qalxdı və cəmiyyətdə ADPU-nun nüfuzu birə yüz artdı.Sonrakı mərhələdə tələbələrin biliyinin yoxlanılması prosesində şəffaflıq təmin edildi. Tələbələrə dərs deyən müəlllimlər müsabiqədən keçərək seçildilər.Beləliklə, biliyi verən və biliyi dəyərləndirən meyarlar müəyyən edildi.İmtahanların şəffaflığına nəzarət etmək üçün İctimai nəzarət şurası yaradıldı.Pedaqoji Universitetin ən etibarlı, inamlı insanları imtahan prosesinə, appelyasiya şikayətləri qərargahına təyin edildilər.Tələbələrdə imtahan şəffaflığından böyük məmnunluq hissləri yarandı.

Şəffaflıq son həddə daha da gücləndirilərək tələbələrə dərs deyən müəlllimlərə iki yol təklif olundu: ya müəllim kimi şərəflə işlə, ya da ki, Universiteti tərk et. Əlbəttə ki, bu şəffaflığa dözməyən, çirkab içində çürümüş kadrlar Universitetə qarşı “müharibə elan etdi”.Universitet məhkəmə çəkişmələrinədək getdi. Bu mərhələdən də rektor və ADPU islahatçıları qalib gəldi.

Bu uğurları isə hər kəs qəbul edə bilməzdi.Lakin bu uğurların arxasında kimlərinsə neqativ yollarla əl ata bilməsi qeyri-mümkün idi.

Rektorun tapşırıqlarına əsasən bütün vəzifə səlahiyyətləri aidiyyəti struktur bölmələr arasında bölüşdürdü. Hər kəs öz işinin nədən ibarət olduğunu bildi.Heç kəs, rektor belə qanunsuz olaraq hansısa şöbənin, fakültənin, kafedranın işinə qarışa bilməz, ADPU-da. Bütün işlər subartinativ formada icraya yönəldildi. Şöbələrin, dekanlıqların, kafedraların, laboratoriyaların əsasnamələri təsdiq olundu, iş planları hazırlanaraq cari və beşillik fəaliyyət müəyyən edildi.

Əlbəttə ki, vətənini, xalqını, dövlətini sevməyən insanlar üçün bu işlər yaxşı qarşılana biməzdi. Professor Cəfər Cəfərov haqqında belə insanlar da xoş söz deyə bilməzlər.

Uzun illər Azərbaycanda neqativ, ən asan yollarla əlavə təhsil alma, ixtisasdəyişmə kimi tanınan ADPU-da Əlavə təhsil fakültəsi də rəndədən keçirilərək yeni yaradılmış Davamlı təhsil və təlim şöbəsində peşə hazırlığı səviyyəsinin yüksədilməi və təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyətə başlayıb və uğurlar qazanıldı.

Bunlarla yanaşı doktorantura təhsili ilə bağlı islahatlar da sürətlə aparıldı. Doktorantura pilləsi üzrə qəbul olmaq istəyən namizədlərdən ciddi imtahanlar götürüldü və gələcəyin alimləri kimi ən layiqlilər qəbul olundu. Əlbəttə ki belə olduqda rektor Cəfər Cəfərov kimlərinsə xahişini, tapşırığını yerinə yetirmədikdə ona qarşı qaryaxmalar aparacaqdılar. Təbii ki, bu qarayaxmaların da bir pərvanə ömrü qədər ömrü var.Bu şər-böhtanları yayan şəxslər təbii ki, öz iryəncilikləri içərisində əriyib elə öz zamanında qalacaqlar. Lakin Cəfər Cəfərovun öz ömründən sonra da adı, əməlləri, xidmətləri ehtiramla xatırlanacaq. Çünki dünyada yaxşı əməllər sahibləri əbədi yaşaya bilirlər.

2018-ci ildən başlayaraq ADPU-da professor-müəllim heyətinin nailiyyət və uğurlarını qiymətləndirmək üçün ilk dəfə “Reytinq qiymətləndirməsi” həyata keçirilmiş və hər kəs şəffaf olaraq fakültə və kafedralar üzrə, hətta ümumuniversitet üzrə  öz yerini, sırasını əyani şəkildə görə bilir və gələcək fəaliyyətini bu nəticələr əsasında qurmağa çalışır ki, o da reytinqdə irəli çıxıb maddi vəziyyətini yaxşılaşdırmaq üçün əlavə ödəniş alsın. Həmçinin aparılan islahatlar nəticəsində insanlarım əmək haqları da artırılmışdır.

Hazırda Universitetdə yüksək ixtisaslı müəllim kadrların hazırlanması istiqamətində ciddi işlər görülür.İnnovasiya və elmi tədqiqatlar da artıq yüksələn xətlə gedir. Universitetin son 50 ildə əldə etdiyi elmi uğurların 40%-i son 3 ilin payına düşür. Təsəvvür edirsinizmi, indi rektor haqında yazılanlar necə də utancvericidir?

Artıq ADPU-da 7 laboratoriya üç istiqamət üzrə birləşərək bazasında Elmi Tədqiqatlar Mərkəzi yaradılmışdır ki, bu da birbaşa rektorun və onun komandasının gərgin zəhməti sayəsində ərsəyə gəlmişdir.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində Strateji Yol Xəritələrinin, Prezidentin Fərman və Sərəncamlarının, Təhsil Nazirliyinin əmr və göstərişlərinin icrasının təmin edilməsi ilə bağlı böyük işlər görülür.

Gəlin bir daha Pedaqoji Universitetin hazırkı durumuna nəzər yetirərək. Son 3 ildə görülmüş hər şeyi əyani olaraq gözlərimiz önündə canlandıraq. Təbii ki, həyatda hər şey nisbidir və müqayisəli təhlilə əsaslanır. Böyük Eynşteyn demişkən: “Gərək qaçanda yanında biri də qaçsın ki, sənin zəif və sürətli qaçmağın hiss edilsin”. Bəli, ona görə də hər şey müqayisəli təhlillə aparılsa daha yaxşı olar. 2 il öncə biz ADPU-nu 5-10 il öncə ilə müqayisə edərək əldə edilən kiçik uğurları təhlil edirdiksə, bir il öncə ölkənin irəlidə gedən universitetləri ilə müqayisə aparıb böyük uğurlarımızı önə çıxardıq. Bu ildən isə Pedaqoji Universitet artıq məqsəd olaraq dünyanın inkişaf etmiş universitetləri ilə müqayisə ediləcək işləri hədəf götürərək, eyni zamanda, “Tədqiqat universiteti” statusuna da yiyələnmək uğrunda çalışır. Təbii ki, bu işlərin hamısı ölkə prezidenti cənab İlham Əliyevin təhsil quruculuğu və təhsil yenilikçiliyi istiqamətində etimadını doğrultmuş professor Cəfər Cəfərovun və onun saat mexanizmi kimi işləyən kadrlarının sayəsində ərsəyə gəlib, gəlir və gələcək…

Əminəm ki, ən geci üç-dörd ildən sonra dünya universitetlərinin top reytinq sıralarında aşağıdan yuxarıya doğru sürətlə irəliləyən daha bir şərq Universiteti – Azərbaycan Dövlət Pedaqoji Universiteti adlı bir universitet də yer alacaq. O zaman ömrünü, həyatını Azərbaycana həsr ermiş qurucu babaların və daim Azərbaycanın adını zirvələrdə görmək istəyən dünyadan köçmüş dahilərimizin ruhları şad olacaq. Gələcək nəsillər də bizə “sağ ol” deyəcəklər. Bax buna görə də bizim inkişafımıza sadəcə mənəvi dəstək olun, cənablar.

Və son olaraq demək istəyirəm ki, Cəfər Cəfərov yaxşı kadrları güdnüz əli çıraqla axtaran, axtarıb tapdığı kadrları ilə birgəelmin, təhsilin inkişafında, mütərəqqi biliklərə, milli əxlaqa, beynəlxalq dəyərlərə sahib müəllim kadrların hazırlanması yolunda sistemli iş görməyi bacaran bir rektordur. O son dərəcə demokratik, eyni zamanda tələbkar, son dərəcə humanist, eyni zamanda səhvi bağışlamaz, son dərəcə sakit, eyni zamanda cəsarətli bir insandır. Bu göstəricilərə sahib bir şəxsiyyətin, rektorun, insanın haqqında yazılanlar isə cəfəngiyyatdan başqa bir şey deyil.

Fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev

www.yenicag.az

1594