!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Gənc alimlər Akademiyadan qaçırlar" - Yaqub Mahmudov

!Reklam – Yazi

“Maaşların az olması gənc mütəxəssisləri Akademiyadan uzaqlaşmağa vadar edir”

Yenicag.az xəbər verir ki, bu fikirləri bu gün Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı millət vəkili Yaqub Mahmudov deyib.

Yaqub Mahmudovun sözlərinə görə, 2019-cu ilin büdcə layihəsində elmə ayrılan vəsait artırılsa da, bu, həmin sahədə problemlərin həllinə hələ ki təsir göstərmir:
“Mən çox təşəkkür edirəm ki, nəhayət dövlət tərəfindən elmə ayrılan vəsaitin həcmi 0-dan yuxarı qalxdı. Bu, əlbəttə ki, bizə rahat nəfəs almağa və bəzi planlarımızı həyata keçirməyə imkan verir. Ancaq ayrılan bu vəsaitin də yetərli olduğunu düşünmürəm. Təsəvvür edin ki, bu gün dissertasiya müdafiə edən gənc alimlər səhəri gün Akademiyadan qaçırlar. Bunun da əsas səbəbi maaşların azlığıdır. Həmin mütəxəssisləri Akademiyada saxlamaq üçün onların maaşlarını artırmaq, elmi tədqiqatlarını maliyyələşdirmək lazımdır. İnanıram ki, gələcəkdə bu məsələlər öz həllini tapacaq”.

A.Zeynalov

www.yenicag.az

3570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv