Gənc ana iki azyaşlı övladı ilə birlikdə intihara cəhd etdi – Mingəçevirdə

Mingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib.

Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.
Qadını dilə tumaq cəhdi baş tutmayıb. Mənzilin qapısını sındıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar etmək istəyən qadını və uşaqları son anda ölümdən qurtarıb.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

COP29