!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc aparıcı azyaşlı qızının gözü qarşısında faciəvi şəkildə öldü - FOTOLAR

!Reklam – Yazi

27 yaşlı aparıcı azyaşlı qızının gözü qarşısında faciəvi şəkildə ölüb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bədbəxt hadisə Qazaxıstanda yaşanıb. 27 yaşlı aparıcı Ayzat Abdisamat öncə 3 yaşlı qızını liftə mindirib, daha sonra özü içəri daxil olmaq istəyib. Bu zaman lift qəflətən işə düşüb. Ayağı liftin qapısında ilişən qadın şaxtada sıxışıb. Onun cəsədini qonşular və həyat yoldaşı aşkarlayıb. Məlumata görə, onun ayağı qopub və qadın çox qan itirdiyindən dünyasını dəyişib.

Qonşuların dediyinə görə, həmin lift xarab olub və dəfələrlə onun təmir edilməsi tələb edilsə də, müraciətlər nəticəsiz qalıb.

Faktla bağlı araşdırma başlanıb.

www.yenicag.az

6674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv