!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc azərbaycanlı Rusiyanın məşhur verilişinin aparıcısı olacaq

!Reklam – Yazi

Azərbaycanlı müğənni, Rusiyanın dünyaca məşhur “Qolos. Deti-3” (Səs. Uşaqlar-3) layihəsinin finalçısı Azər Nəsibov Birinci kanalda yayımlanan “Qolos.60+” müsabiqəsinin növbəti mövsümünün seçim mərhələsinin aparıcılarından biri olub.

Yenicag.az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib. O qeyd edib ki, layihənin aparıcılarından biri olduğuna görə çox şaddır. Ancaq o, bu dəfə öz həmyaşıdlarından deyil, yaşlı nəsildən olan (60 yaşdan yuxarı) həmkarlarından müsahibə götürəcək.

“Mən yenidən “Qolos”dayam. Aparıcı olmaq çox məsuliyyətli və çətin işdir. İlk dəfə deyil ki, bu layihədə dinləmə mərhələsinin jurnalisti kimi iştirak edirəm. Birinci kanala dəvətə görə təşəkkürümü bildirirəm.

“Qolos.60+” Niderlandın “The Voice Senior” formatının Rusiya adaptasiyasıdır. Bu, “Qolos” (“Səs”) layihəsinin 60 və ondan yuxarı yaşda olanlar üçün variantıdır. Bu layihədə Azərbaycanı vokalçı Qasım Xəlilov təmsil edəcək.

Azər Nəsibov ailəsi ilə birlikdə artıq 20 ildir Leninqrad vilayətinin Syasstroy şəhərciyində yaşayır. Müğənni hər fürsətdə Bakıya gəlir. O, Bakıda keçirilən “Qış” uşaq festivalının və “Jara” beynəlxalq musiqi festivalının xüsusi qonağı sifətilə iştirak edib.

Nəsibov hazırda Moskvada Estrada-caz incəsənəti kollecində təhsil alır və Moskvadakı müxtəlif tədbirlərdə çıxış edir. Hazırda Nəsibov yeni layihələr üzərində işləyir./ Sputnik Azərbaycan/

www.yenicag.az

5725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv