“Gənc Əkinçi” Akademiyası Qubada – FOTOLAR

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Gənc Əkinçi” Akademiyasının 3-cü mərhələsinə start verir.

Yenicag.az xəbər verir ki, Quba rayonunda həyata keçirilən layihənin açılış mərasimində “Gənc Əkinçi” Akademiyasının təqdimatı baş tutub. Daha sonra jurnalistlərin peşəkarlaşması istiqamətində jurnalistikaya dair fərqli mövzularda təlimlər həyata keçirilib. Peşəkar ekspertlər tərəfindən keçirilən təlimlər layihəyə qatılan gənc jurnalistlərə gələcək fəaliyyətlərində böyük tövhə və təkan verəcək.

“Gənc Əkinçi” Akademiyasının məqsədi virtual məkanda ölkə maraqlarının qorunması prosesinə gənc jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin, kütləvi informasiya agentliklərinin cəlb edilməsi, onlar arasında əlaqələrin möhkəmlənməsi, internet üzərində mövcud informasiya bazasının genişləndirilməsinə nail olmaqdır.

Təşkilatın mətbuat xidmətindən bildirilib ki, bu cür mötəbər tədbirlərin gənc jurnalistlərin həyat və yaradıcılığında böyük rol oynayacağına inanaraq “İrəli” İctimai Birliyi artıq 3-cü dəfədir ki, “Gənc Əkinçi” Akademiyasını həyata keçirir. Təşkilatın əsas məqsədi odur ki, jurnalistlər peşəkarlıqlarına peşəkarlıq qatıb nəinki azərbaycanda, ölkə hüdudlarından kənarda da öz sözünü deyən KİV nümayəndələrinə çevrilsinlər və sağlam rəqabət aparma bacarığına sahib olsunlar.

Danılmaz faktdır ki, dünyanın aparıcı ölkələri Azərbaycanın yürütdüyü siyasətə həsəd aparır. Azərbaycanda gedən sürətli inkişaf prosesini işıqlandıran KİV nümayəndələri demək olar ki, dünyanın qabaqcıl KİV nümayəndələrindən heç də geri qalmır. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Azərbaycan jurnalistikasına göstərdiyi diqqət və qayğı, yaradılan şərait onun sürətli inkişafının bariz nümunəsidir.

“İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib.

Umüddətdir “İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən “Gənc Əkinçi” Akademiyası yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib. 2015-ci ildə İsmayıllı rayonunda baş tutan layihənin davamı olaraq 2017-ci ildə Quba rayonunda layihə yenidən baş tutub. Akademiyanın əsas hədəflərindən biri Milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir. 2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda “Gənc Əkinçi” qəzetinin ilk nömrəsi çapdan çıxıb və bu Milli mətbuat günümüzdə reallaşıb.

Birliyin mətbuat xidmətindən bildirilib ki,peşəkarlar tərəfindən keçiriləcək təlim və seminarlar, eyni zamanda praktiki məşğələlər, simuliyasiya oyunları gənc jurnalistlər üçün yeni stimul yaradacaq.

COP29