“GƏNC ELÇİ” lahiyəsinin icrasına başlanıldı

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Elçi” lahiyəsinin icrasına başlayıb.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində xaricdə yaşayan, işləyən, diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızdan, videoreportajlar və müsahibələr hazırlanacaq.

Bu reportajlar və müsahibələr geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim oluancaqdır.

Videoreportajlarda və müsahibələrdə əsas xətt dövlətimizin milli maraqlarıdır.

Layihə çərçivəsində qurulmuş əlaqələr onlayn platforma şəklində birgə fəaliyyətə çevriləcəkdir.

Layihənin məqsədi xaricdə yaşayan, işləyən və diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızı sosial media vasitəsilə milli maraqların təbliğatçısına çevirmək, Azərbaycanın daxili və xarici uğurlarını sosial media və şəbəkələr vasitəsi ilə dünyaya çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, “Gənc Elçi” lahiyəsinin əsas tərəfdaşı Diaspor İnformasiya Mərkəzi və Diasporpress.az saytıdır.