!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc heykəltəraş Polad Həşimovun heykəlini hazırladı – FOTO

!Reklam – Yazi

Gənc heykəltəraş Təbriz Soltanlı şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun heykəlini hazırlayıb.

Yenicag.az xəbər verir ki, daha öncə də vətən üçün canından keçmiş qəhrəmanların barelyeflərini düzəldən Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Təbriz Soltanlı bu dəfə Polad Həşimovun heykəlini hazırlayıb.

Təbriz Soltanlı Yenicag.az-a açıqlamasında sözügedən heykəli diplom işi olaraq hazırladığını bildirib:

“Diplom işi kimi şəhid general-mayor Polad Həşimovun heykəlini hazırlamışam. Çox xırda detallar qalıb, onları da yaxın günlərdə tamamlamağı planlaşdırıram. İşin ölçüsü 2 metr 20 santimetrdir”.

Təbriz Soltanlı daha öncə Polad Həşimovun büstünü hazırlamışdı. Gənc heykəltəraş bundan başqa şəhid olmuş polkovnik, Milli Qəhrəman İlqar Mirzəyev, mayorlar Asif Azayev və Emin Süleymanov, baş leytenantlar Muxtar Qasımlı və Mahir Dadaşzadə və leytenant Rəşad Atakişiyevin də büstlərini hazırlayıb.

Aqil Bəkir

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv