!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

«Gənc İlhamçılar»ın Şəki şəhərində yay düşərgəsində istirahəti başa çatıb

!Reklam – Yazi

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən daha bir maraqlı layihə başa çatmışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər -ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti başa çatmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti və Şəki şəhər İcra Hakimiyyəti tərəfindən məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edən silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı intellektual oyunlar və debatlar təşkil edilmişdir. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin əyləncəli diskotekalarda istirahətlərini davam etdirmişlər.«Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi, kəndir dartma və digər maraqlı idman yarışlarında iştirak etmişdilər.

Düşərgədə məktəblilərin istirahəti üçün Şəki şəhərinin görməli mədəni tarixi yerlərinə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar. Daha sonra Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin Şəki ponaramasından şəhəri də maraqla seyr etmişdilər.

«Gənc İlhamçılar»ın yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahəti başa çatmış və bununla əlaqədar Marxal İstirahət Mərkəzində Yay teatrında təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Şəki şəhər məktəblilərinin maraqlı konserti ilə başlamış daha sonra “Gənc İlhamçılar”ın xüsusi hazırlanmış rəqsi ilə davam etmişdir.

Təntənəli bağlanış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, “Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirmiş, ölkə başçısının yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmışdır.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov çıxış edərək məktəblilərin vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində Nəsimi rayon məktəblilərinin «Gənc İlhamçılar» düşərgəsinin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasınının vacibliyini qeyd etmiş və dövlətimiz tərəfindən uşaq və yeniyetmələrlə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır.

Sonra düşərgədə keçirilən bilik və idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə hədiyyələr və xatirə medalları, həmçinin uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.

Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.

Yenicag.az

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv