Gənc istedadların aylıq təqaüdü 100 manat artırıldı

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və “Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında” 1997-ci il 13 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən 300 manatdan 400 manatadək artırılıb.

COP29