Gənc jurnalist “Dünya Azərbaycanlılarının Lideri” aksiyasını reallaşdırdı – Rusiyada+VİDEO

Bu il Azərbaycan üçün olduqca vacib hadisələrlə yadda qalacaq. Mühüm və strateji hadisələrdən bir də 11 apreldə reallaşacaq Prezident seçkiləri ilə bağlıdır. Bu gündən etibarən təbliğat-təşviqat hərəkətlərinə start verilib. Hər seçkiöncəsi olduğu kimi bu il də xaricdən maliyyələşən, erməni lobbisinə xidmət edən qruplaşmalar qarayaxma kampaniyalarına start verdilər. Bu dəfə biraz da qabağa gedərək “tualet müxalifətçiliyi” və söyüş davası formalaşdırdılar. İlkin məlumata görə siyasi əxlaqsızlığı maliyyələşdirənlərdən biri Leyla Yunus, digər isə “Quska” ləqəbli Hüseyn Abdullayevdir. Bu qarayaxma kampaniyalarına cavab olaraq artıq dünyanın bir çox ölkələrində vətən xainlərinə layiqli cavablar verilir.

Bu kimi layihələrdən birini də bu günlərdə gənc jurnalist, QHT sədri Səbuhi Abbasov Rusiyada rəsmi səfərdə olarkən reallaşdırıb. Bu barədə saytımıza məlumat verən S.Abbasov bundan sonra daha geniş coğrafiyada “Dünya Azərbaycanlılarının Lideri” aksiyasını reallaşdıracağını dedi: “Biz 3 günlük səfər çərçivəsində Rusiyanın paytaxt Moskva da daxil olmaqla 3 böyük şəhərində olduq. Kəskin hava şəraiti, texniki çatızmazlığa baxmayaraq ilkin mərhələdə hazırladığımız 300 ədəd rəngli posteri Moskvada, Permdə, Solikamskda ən qaynar nöqtələrə asa bildik. Düzdü Rusiya kimi nəhəng dövlət üçün 300 poster kiçik rəqəmdi. Lakin bu aksiyamıza Rusiyada yaşayan digər həmyerlilərimizin də qoşulacağına əminəm. Bu bizim vətəndaşlıq borcumuzdur. Azərbaycan gəncliyi öz seçimini edibdir. Bu seçim güclü, sabit Azərbaycanın qarantı olan İlham Əliyevdir. Biz jurnalist, Vətəndaş Cəmiyyətinin üzvü olaraq ölkəmizə qarşı başlanılar “çirkli” kampaniyalara adekvat cavab verməli, informasiya savaşında fəal mövqe sərgiləməliyik. Hələki layihəni öz daxili imkanlarımız hesabına reallaşdırırıq. Əminəm ki, bu gərgin fəaliyyətdə bizə dəstək olmaq istəyənlərin sayı çox olacaqdır. Bundan sonra biz Ukraynada, Belarusda, Moldovada, Polşada, Avstriyada, Macarıstanda və Avropanın digər ölkələrində eyniadlı aksiyalar reallaşdırmaq niyyətindəyik”(Bnews.az)

COP29