Gənc jurnalistin səfirlər barədə kitabı dərc olundu

Gənc jurnalist, yazar, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvi Leyla Şahın (Əsədullayevanın) “Azərbaycan Xarici Səfirlərin Gözü ilə” adlı kitabı çap olunub.

Qeyd edək ki, kitab müstəqil Azərbaycanın Jurnalistika tarixində xarici səfirlər və diplomatlarla çap olunan ilk kitabdır.

Yenicag.az xəbər verir ki, kitabda Fransa, Cənubi Koreya, Misir, Argentina, Hindistan, Pakistan, Xorvatiya, digər Avropa və dünya ölkələrinin hazırda Azərbaycanda fəaliyyət göstərən səfirlərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin müsahibələri yer alır.Kitabdakı müsahibələr həm Azərbaycan, həm də İngilis dillərində yayımlanıb. Kitabın Azərbaycan dilindəki hissəsinin redaktoru tənqidçi Əsəd Cahangir, İngilis dilindəki hissəsinin redaktoru isə Maral Əsədullayevadır.Qeyd edək ki, bu müəllifin ilk kitabıdır.