!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gənc jurnalistlərin 1-ci futbol çempionatı”nın qalibi müəyyənləşdi – FOTOLAR

!Reklam – Yazi

1475670354_14585600_10206929816195443_731743108_oAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan “Gənc Jurnalistlərin 1-ci futbol çempionatı” layihəsi yekunlaşıb.

Layihənin final oyununda ATV telekanalı ilə Editor.Az xəbər saytı üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşməyib. ATV telekanalı hesabda 3:1 öndə olsa da, rəqib son dəqiqələrdə 2 qol vuraraq hesabı bərabarəşdirib Matç 3:3 hesabıyla sona çatıb və 11 metrlik cərimə zərbələrinə keçilib. Burada daha dəqiqə oynayan ATV komandası 5:4 hesabıyla qalib gəlib və “Gənc jurnalistlərin 1-ci futbol çempionatı”nın qalibi olub.

Mükafatlandırma mərasimidə layihəyə təşkilatı dəstək olan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bütün oyunların dramatik keçdiyini və jurnalistlərin asudə vaxtlarını səmərəli keçirdiklərini bildirib. O öz növbəsində qeyd edib ki, rəhbəri olduğu idarə bundan sonra da bu tip yarışlara dəstək olacaq.

Mükafatlandırma mərasimində çıxış edən layihə rəhbəri Hacıbəy Heydərli çempionatda iştirak edən bütün komandalara təşəkkür edib və bildirib ki, layihədə ümumilikdə 60-a yaxın gənc jurnalist meydana çıxıb. O eyni zamanda layihəni dəstəklədiyinə görə, Prezident yanında Gənclər Fonduna təşəkkür edib.

Mükafatlandırma mərasimində iştirak edən AFFA-nın Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov də gənc jurnalistlərə uğurlar arzulayıb və bu cür layihələrin davamlı olmasını arzulayıb.

Tədbirdə çıxış edən “İslahatçı Gənclər İctimai Birliyi”nin sədri Fərid Şahbazlı, Azərbaycan – Slavyan Gənclər Assosiyasının (ASGA) sədri Səbuhi Abbasov da qalib komandanı təbrik ediblər.

Daha sonra final iştirakçılarına diplom və qalib komandaya kubok təqdim olunub. Eyni zamanda çempionatının ən yaxşı futbolçusu da mükafatlanıb. Xatırladaq ki, layihənin ilkin mərhələsində 8 komanda mübarizə aparıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayon Gənclər və İdman idarəsinin təşkilati dəstəyiylə baş tutur. Layihənin rəhbəri jurnalist Hacıbəy Heydərlidir.

www.yenicag.az

1039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv