Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gənc jurnalistlərin internet təhlükəsizliyi forumu başa çatdı – Gəncədə+FOTOLAR

9mV9ToKsk5HfBugün Gəncədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) GƏNC JURNALİSTLƏRİN İNTERNET TƏHLÜKƏSİZLİYİ FORUMU layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən GƏNC JURNALİSTLƏRİN İNTERNET TƏHLÜKƏSİZLİYİ FORUMU layihəsini çərçivəsində reallaşıb. Üç günlük FORUMUN icrasında layihənin koordinatoru, tanınmış telejurnalist Anar Yusifoğlu, Ölkə.az xəbər saytının baş direktoru Məmməd Gülməmmədov, Media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant – İbrahim Rüstəmli, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, 7News.az saytının həmtəsisçisi Tural Əhmədov və digər QHT və Media nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyətinin rəsmisi Həsən Məmmədov açaraq layihənin əhəmiyyətindən danışdı. İnformasiya təhlükəsizliyinin təminatında müasir medianın mühür rol oynadığını deyən H.Məmmədov bu işdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğuladı.

Sonra ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək problemin aktuallığından danışdı: “Bilirsiniz, ötən il internet mediada dezinformasiya ilə bağlı ciddi həyacan siqnalı çalındı. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Məhz bu görüşdən sonra bu sahədə ciddi dönüş yarandı. Bizim əsas məqsədimiz də məhz bu kimi problemlərin yaranma səbəbini müzakirə etmək və gənc jurnalistlərin daha çox bilgilənməsinə, maariflənməsinə nail olmaqdan ibarətdir. Üç gün ərzində həyata keçirilən forumda 30 gənc media nümayəndəsi bu istiqamətdə maarifləndilər. Hesab edirik ki, bu tip layihələr davamlı olmalıdır. Forumun www.internet-security.club saytı fəaliyyət göstərir. Bundan başqa layihənin davamlılığını təmin etmək məqsədi ilə sosial şəbəkələrdə xüsusi qruplar yaradılmışdır. ”

Sonra AzTV-nin regional bölməsinin müdiri Əhməd Qədiroğlu çıxış edərək çıxış edərək gənclərin internet mediada, xüsusilə, sosial şəbəkələrdə aktiv olmalarının vacibliyindən danışdı: “Hər bir gənc başa düşməlidir ki, əgər sənin müstəqil dövlətin varsa, deməli sənin dilin, mədəniyyətin, bir sözlə, hər şeyin var. Bu mənada bunları qorumaq və təhlükələrə qarşı adekvat cavab vermək hər birimizin borcudur.
“Gəncənin Səsi” qəzeti Baş redaktoru Rəfiqə Sadıqova isə çıxışında layihənin aktuallığından danışdı: “İnternet medianın son 10 ildə sürətli inkişafı, həm də, bir çox problemlərin yaranması deməkdir. İnternet medianın sosial şəbəkələrə inteqrasiyası isə bu istiqamətdə ciddi maarifləndirmə işlərinin aparılmasını zəruriləşdirdi”
“İnterAz”-ın bölgə müxbiri Qalib Rəhimli isə çıxışında informasiya təhlükəsizliyində milli maraqların əsas götürülməsinin vacibliyindən danışdı.
AzərTAC-ın bölgə müxbiri Sabir Əliyev isə internet mediada fəaliyyət göstərən gən jurnalistlərin peşəkarlığının artırılmasının əhəmiyyətini qeyd etdi.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov çıxış edərək internet və informasiya təhlükəsizliyinin hər bir dövlət üçün strateji əhəmiyyət kəsb etdiyini dedi: “XXI əsr informasiya əsridir. Bu mənada dinamik şəkildə inkişaf edən internet mediada müəyyən problemlərin olması da birmənalı qarşılanmır. Biz olduqca diqqətli olmalı və milli maraqların müdafiəsini əsas meyar kimi qəbul etməliyik”

Tədbirin sonunda gənc jurnalistlərin sualları media kapitanları tərəfindən cavablandırıldı.

Sonra layihədə fəal iştirak edən mütəxəssislərə FƏXRİ DİPLOMLAR, Layihədə iştirak edən Gənc media nümayəndələrinə isə SERTİFİKATLAR təqdim olundu.
Xatırladaq ki, Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

www.yenicag.az

1009