“Aktual məsələlərin müzakirəsi üçün platformanın təmin edilməsi bugünkü liderlər üçün, ən çox isə gələcək nəsil liderlər üçün vacibdir”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşenko X Qlobal Bakı Forumunun yekun sessiyasında deyib.
Onun sözlərinə görə, indiki və keçmiş diplomatik nümayəndələr, eləcə də gənclər bu müzakirələri həmişəlik xatırlayacaqlar.
“Gənc liderlər bizim səhvlərimizdən dərs çıxarırlar”, – o bildirib.