Azərbaycan Respublikasının Gənclər Fondunun vəAzərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin(“ASAN xidmət”) birgə həyata keçirdiyi “Gənc LiderlərProqramı 2” üçün ərizə qəbuluna start verilir. Proqramınməqsədi cəmiyyətin bütün sferalarında gənclərin iştirakçılığı vətəmsilçiliyinin artırılması, yeni nəsil liderlərin üzə çıxarılması, onların liderlik qabiliyyətinin inkişaf etdirilməsi və hərtərəflitəkmilləşdirilməsidir.
Proqramın seçim mərhələləri ərizə qəbulu, test imtahanı, fərdi və panel müsahibə olmaqla 4 hissədən ibarət olacaq. Proqram çərçivəsində bütün seçim mərhələlərindən uğurla keçən20 gənc lider təlimlərə, rəhbər şəxslərlə görüşlərə cəlb olunacaq, kouç və mentorlarla işləyəcək, onlara fərdi ideyalarınıreallaşdırmaq üçün xüsusi dəstək veriləcək və karyera inkişafıtəşviq olunacaq.
Belə ki, ilkin olaraq gənc liderlər şəxsi inkişaf və liderlikqabiliyyətlərinin artırılması məqsədilə yerli və peşəkarmütəxəssislərin baza təlimlərində və dövlət qurumlarının rəhbərşəxsləri ilə görüşlərdə iştirak edəcəklər. Təlimlər ümumi bilik vəbacarıqlar və ixtisaslaşmış sahələr üzrə olacaqdır. Təlim vəgörüşlərdə iştirak edərək proqram iştirakçıları fərdi şəkildətəkmilləşməklə yanaşı gələcəkdə karyera quruculuğu sahəsindədə önəmli addım atmış olacaqlar.
Proqramda iştirak haqqı qazanan gənc liderlər üçünindividual və kiçik qruplar şəkilində kouçinq seanslarıkeçiriləcək. Kouçlar tərəfindən mütəmadi olaraq gənc liderlərin360 qiymətləndirilməsi təşkil olunacaq, fərdi inkişaf və karyeraplanı hazırlanacaq və onlara konsultasiya xidməti təqdimolunacaq. Eyni zamanda, gənc liderlərlərdən ibarət 4 komandaformalaşdırılaraq hər komandaya 1 nəfər mentor təhkimolunacaq. Proqramın gedişatında mentorlar komanda üzvlərininfərdi qiymətləndirilməsini apararaq müxtəlif formalarda özdəstəyini göstərəcəkdir.
Proqramı uğurla yekunlaşdıran gənc liderlərə fərdi inkişafqrantının ayrılması nəzərdə tutulmuşdur. Gənc liderlər buvəsaitin yarısını kouçla birgə müəyyən olunan fərdi inkişafplanına uyğun olaraq ixtisaslaşdırılmış təlimlər üçün istifadəedəcəkdir. Vəsaitin ikinci yarısı təşkilatçılar tərəfindən müəyyənolunmuş gənclərlə işləyən təşkilat və qurumda 3 ay müddətindəgənc liderin layihə rəhbəri olaraq işə cəlb olunmasınayönəldiləcəkdir. Gənc Liderlər Proqramından məzun olduqdansonra da onların fərdi karyera planına uyğun olaraqqiymətləndirilməsi üçün müxtəlif fəaliyyətlər təşkil ediləcək, karyera yüksəlişi təşviq olunacaqdır.
Proqramda iştirak üçün 18-27 yaş arası və minimum 1 ilictimai sahədə təcrübəsi olan gənclər www.genclider.az vebsəhifəsi vasitəsi ilə 1 dekabr 2023-cü il saat 18:00-dək müraciətedə bilərlər.
Xatırladaq ki, pilot layihə olaraq ilk dəfə 2019-cu ildə“GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) adı altındatəşkil olunan proqramda iştirak üçün müraciət edən 1000-dən artıq namizəd arasından seçilən 30 gənc liderin fərdi və karyerainkişafına dəstək göstərilib.