!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənc müəllim həkim səhlənkarlığının qurbanı oldu - İDDİA

!Reklam – Yazi

Samux rayonun Qiyaslı kənd orta məktəbinin fizika müəllimi vəfat edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Samux Rayon Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, İsmayılova Kifayət Asim qızı gənc yaşında ölüb.

Tanışları İsmayılova Kifayət Asim qızının həkim səhlənkarlığı səbəbindən rəhmətə getdiyini iddia edib:

“Bağırsağı partlayıb. Üç gün yatırıb deyiblər ki, heç nəyi yoxdur, evə buraxılacaq. Sonra halı pisləşəndə bildirilib ki, Bakıya aparmaq lazımdır, onların da başı çıxmayıb. Savadsız həkimlərin ucbatından gül kimi qız getdi”.

Müəlliminin həkim səhlənkarlığı səbəbindən ölməsi iddiası ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır./Qaynarinfo/

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv