Milyonların sevimlisi, dünya ulduzu Selena Qomez əməliyyat olunub.
Yenicag.az xəbər verir ki, çoxdan bəri səs-sorağı gəlməyən müğənni xəstəxanadan olan görüntülərini izləyiciləri ilə bölüşüb. Məlumata görə, o, böyrək çatışmazlığından əziyyət çəkir. Müğənninin yaxın rəfiqəsi Francia Raisa donor olaraq ona böyrəyinin birini verib.
Gənc müğənni sosial şəbəkədə rəfiqəsi ilə fotosunu paylaşaraq:
“Ailəmə, həkimimə çox təşəkkür edirəm. Rəfiqəm mənə inanılmaz hədiyyə etdi. Onu sevirəm!”, sözlərini yazıb.