Gənc oğlan iki qonşunu bıçaqladı

bica8Bakıda 22 yaşlı oğlan qonşuluqda yaşayan şəxsləri bıçaqlayıb.

Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ev 19-un qarşısında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gündüz Aslanov binada yaşayan 1999-cu il təvəllüdlü Vüqar Zeynalzadə və 1994-cü il təvəllüdlü Fərid Quliyevlə mübahisə edib. Nəticədə G.Aslanov hər iki şəxsin sinəsinə bıçaqla xəsarətlər yetirib.

V.Zeynalzadə və F.Quliyev ağır yaralanıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, G.Aslanov saxlanılıb.

Qeyd edək ki, V.Zeynalzadə və F.Quliyev eyni ünvanda yaşayırlar. Onlar qonşudur.(Report.az)

 

Yenicag.az