Gənc oğlan itkin düşdü – Xətai rayonunda

Bakıda gənc oğlan itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Rayonun Qaçaq Nəbi küçəsi, ev 5, mənzil 75-də yaşayan Məmmədov Bəxtiyar Qurban oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 1999-cu il təvəllüdlü Məmmədov İlkin Bəxtiyar oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır./Trend/