Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində gənc oğlan batıb.
Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1997-ci il təvəllüdlü Bayramov Muxtar Namiq oğlunun axtarışlarına cəlb olunub.
Faktla bağlı araşdırma aparlır.