Gənc oğlan qonşusu tərəfindən bıçaqlandı

Sabunçu rayonunda 27 yaşlı oğlan bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, Hadisə Ramana qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü Balakişiyev Fəqan Teyyub oğlu qonşusu tərəfindən bıçaqlanıb.

Sağ kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.