Gənc oğlanın meyitlə çəkdirdiyi selfi qalmaqala səbəb oldu – FOTO

Gənc oğlanın yardım çağırmaq əvəzinə qəzada ölmüş meyitlə şəkil çəkdirməsi bütün dünyanı heyrətə salıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Racəstan vilayətində motosiklet avtobusa çırpılıb. Ağır qəza nəticəsində motosikletdə olan 3 nəfərdən biri hadisə yerində həyatını itirib, digərləri isə ölümcül yaralanıb. Bu zaman ətrafda olanlar yaralılara kömək etmək əvəzinə, ölü ilə selfi çəkdirmə yarışına giriblər.

Yaralılar 30 dəqiqə ərzində yerdə hərəkətsiz qalıb. Daha sonra hadisə yerinə gələn polislər onların hər ikisinin öldüyünü bildirib.

Sosial şəbəkə istifadəçiləri polisə və təcili yardıma xəbər verməyən vətəndaşlar barəsində cinayət işi açılmasını tələb edib.

COP29