Gənc qadın əri tərəfindən bıçaqlanıb – Bakıda

Bakıda gənc qadın əri tərəfindən bıçaqlanıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Pirşağı qəsəbəsində yerləşən 2 saylı “Zeytun sovxozu” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Ağakişiyeva Xanım Əli qızı həyat yoldaşı ilə mübahisə edib.

Nəticədə X.Ağakişiyeva kürək nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.